10 Aprel 2019 12:56
2 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Moskvada görüşən Rusiya və Türkiyə prezidenləri təbii qazın qiymətləri və viza rejiminin ləğv edilməsi məsələsində anlaşa bilmədilər”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Hakan Aksay deyib.

Ekspert isti görünən ikitərəfli münasibətlərdə əslində ciddi problemlərin olduğunu iddia edib:

“İki ölkə arasındakı əsas problemlər “100 milyard dollarlıq ticarət həcmi hədəfi” və “Akkuyu” stansiyasının tikintisi 2023-cü ildə başa çatacaq” kimi adi başlıqların arxasında gizlədildi. Əslində ticarət münasibətlərində də o qədər böyük irəliləyiş yoxdur. Tərəflər “Akkuyu”, “Türk Axını” və viza kimi məsələlərdə anlaşa bilmədilər.

Ərdoğan mətbuat konfransında Putindən qazın qiymətlərinin aşağı salınmasını istədi. Putin isə buna etiraz edərək, həmkarı ilə arasında anlaşılmazlığın olduğunu nümayiş etdirdi”.

İdlib və “S-400” məsələlərinin bağlı qapılar arxasında qaldığını deyən Aksay hesab edir ki, Putin Rusiyanın milyardlarla dollar həcmində investisiya yatırdığı Türkiyədə bələdiyyə seçkilərində Ərdoğanın gücünün zəifləməsindən narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər