10 Aprel 2019 14:30
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistandakı səfirliklərinin parlamentdə LGBT icmasının üzvü Lilit Martirosyanın çıxışı barədə yaydıqları birgə bəyanata etiraz edib.

Teleqraf.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Aİ-nin ittihamlarını qəbul etmədiklərini bildirib.

Bundan əvvəl Aİ-yə üzv dövlətlərin Ermənistandakı səfirlikləri birgə bəyanat yayaraq, bu ölkədə yaşayan cinsi azlıqların nümayəndələrinə qarşı təhlükələrdən narahat olduqlarını və onların ölüm təhdidləri ilə üz-üzə qaldıqlarını qeyd ediblər: “Lilit Martirosyan və bütün LGBT icmalarına xitab edən ölüm təhdidləri, nifrəti dilə gətirən açıqlamalar narahatlıq yaradır. Bu, ayrı-seçkiliyin ən son təzahürüdür”.

BMT-nin İrəvandakı ofisi də bəyanat yayaraq, Ermənistanda yaşayan cinsi azlıqların həyati təhlükə qarşısında qaldıqlarını bildirib və bununla bağlı rəsmi İrəvandan tədbirlər görmək tələb edilib.

Əlavə edək ki, aprelin 7-də Ermənistan parlamentin axşam sessiyasında “Ermənistanda insan hüquqları haqqında” məsələnin müzakirəsi zamanı bir “qadın” kürsüyə yaxınlaşaraq ,cinsi azlıqlar barədə çıxış etməyə başlayıb.

Lilit Martirosyan adlı transseksual ölkədə transgenderlər və transseksualların durumunun acınacaqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, cinsini dəyişən şəxslər və eynicinslilərə qarşı vəhşi hərəkətlər edilir. İclasın aparıcısı deputat Naira Zöhrabyan isə onun sözünü yarımçıq kəsərək, kürsüdən uzaqlaşdırıb.

Baş nazir Nikol Paşinyan isə Martirosyanın bu addımını keçmiş hakim partiyanın hakimiyyətə yönəlmiş siyasi təxribatı adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər