13 Aprel 2019 16:28
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması yalnız o vaxt təhlükəli olardı ki, biz buna hazırlıqsız olaq. Dünya ölkələrinin əksəriyyəti ÜTT-yə üzvdür və dünyanın ticarət sistemi bu qurum vasitəsilə tənzimlənir. Əgər biz ÜTT-yə inkişaf edən ölkə kimi yox, özümüzə uyğun statusla daxil olsaq, bu, Azərbaycana orta müddətli dövr üçün güzəştlərin verilməsinə gətirib çıxara bilər. Digər tərəfdən, kənd təsərrüfatı sahəsində “yaşıl zənbil” prinsipindən istifadə etməklə ekoloji təmiz məhsul istehsalında istədiyimiz qədər kənd təsərrüfatı sahəsinə subsidiya verməkdə davam edə bilərik.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Əli Məsimli Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü haqqında danışarkən deyib.

Deputat hesab edir ki, ÜTT-yə daxil olmaqdan çəkinmək lazım deyil: “Azərbaycanın kifayət qədər potensialı var və ÜTT-yə daxil olsaq, bunun xeyri daha çox olar. Məsələn, Azərbaycanda keyfiyyətsiz malların sayı çoxdur. Əgər ÜTT-na daxil olsaq, bunun qarşısı alınacaq.

Digər tərəfdən, bəzi xarici məhsullarla yerli məhsul arasında rəqabət başlayacaq və daxildə rəqabət qabiliyyətli məhsul istehsalı artacaq.

Ola bilsin ki, hansısa sahələrə mənfi təsirlər edəcək. Beləliklə də rəqabət mexanizminin toqquşması “Azərbaycanda hansı sahələri daha çox inkişaf etdirməliyik” sualına cavab tapacaq.

Hesab edirəm ki, ÜTT-na daxil olmaq məsələsinə Azərbaycan hökuməti yenidən qayıda bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər