S.Lavrov azərbaycanlı və erməni həmkarlarını qarşılayıb. XİN başçıları salamlaşıblar. Sonra hər üç ölkənin nazirləri birgə foto çəkdiriblər.
Daha sonra isə E.Məmmədyarov, S.Lavrov və Z.Mnatsakanyan arasında görüş başlayıb. Mətbuata qapalı keçirilən toplantıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.
Görüşün sonunda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanat yayacağı gözlənilir.
***
13:14
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər.
***
09:09
Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.
Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər./report/