"Azadlıq" qəzetindən növbəti iftira
"Azadlıq" qəzetində "Azərbaycanlı məmur oğlu Londonda Lamborghini ilə qəza törətdi" başlıqlı məlumat yayılıb. Məlumatın inandırıcılığını artırmaq üçün qəzet foto da paylaşıb.
AzNews.az bu məlumat və foto ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, "azərbaycanlı məmur oğlunun avtomobili" kimi təqdim edilən maşın əslində portuqaliyalı futbolçu, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldoya məxsusdur.
"Azadlıq" qəzetinin bəhs etdiyi qəzanı da ulduz futbolçunun özü törədib.
Bir daha məlum olur ki, "Azadlıq" qəzeti yalan və qərəzli məlumatlar yayaraq Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa çalışır. Bu isə qeyri peşəkarlıq və ictimai əxlaqsızlıqdır! Ayıb olsun