17 Aprel 2019 10:03
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi nkara Amerika siyasətini fəallaşdırıb, bir növ diplomatik hücuma keçib. Əvvəlcə Türkiyənin maliyyə naziri Berat Albayrak ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evdə qəbul edildi. Halbuki ABŞ prezidentləri adətən xarici ölkələrin nazirlərini xüsusi olaraq qəbul etmirlər. Ancaq Tramp Türkiyə üçün istisna etdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar da Vaşintondadır, Pentaqonda amerikalı generallarla görüşür:

“Akar amerikalı generalları anlatmaq istəyir ki, Türkiyənin Rusiyadan aldığı “S-400” raketləri ABŞ və digər NATO ölkələrinə problem yaratmayacaq. Akar bir gün əvvəl mesajını da verdi və bildirdi ki, “S-400” raketləri Ankara və İstanbul ətrafında yerləşdiriləcək.

Yəni Akar görüşdən əvvəl amerikalı generalları fakt qarşısında qoyub. Akar eyni zamanda amerikalı generalları inandırmağa çalışıb ki, Türkiyə ABŞ-la hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.

Səfərlərin bununla kifayətlənmədiyini deyən Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da Vaşinqtondadır:

“O da Amerikada izahat işi aparır. Fikrimcə, bu səfərlərin və intensiv dialoqun nəticəsində iki olay baş verəcək. Birincisi, Vaşinqton sərt ritorikasına rəğmən, sonda Rusiya raketlərinin Türkiyədə varlığını qəbul etmək məcburiyyətində qalacaq. İkincisi, bir müddət sonra ABŞ Türkiyəyə “F-35” hərbi təyyarələrini satmağa qərar verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər