17 Aprel 2019 13:59
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir çoxları Türkiyənin Rusiyadan “S -400” almayacağını deyirdi. Guya Ankara bu addımı atsaydı, əvəzində çətinliklərlə üzləşərdi. Hələ ötən il bildirmişdim ki, Rusiya və Türkiyə arasında təhlükəsizlik və hərbi sahədə görünməmiş anlaşmalar əldə edilib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert qeyd edib ki, NATO baş katibi və bu alyansın ən yüksək çinli nümayənləri Ankara qarşısından geri çəkildilər:

“Onlar Türkiyə və Rusiya arasındakı hərbi əlaqələri birincinin suveren hüququ olduğunu bildirmiş oldular. Bu gün isə Trampın məsələ ilə bağlı yumşalmasının şahidi olduq. NATO və Vaşinqton dünən Türkiyəyə hədə - qorxu gəlirdilərsə, bu gün Türkiyənin addımları qarşısından geri çəkilməli oldular”.

Zaur Məmmədov hesab edir ki, bunun səbəbi Türkiyənin lazımlı dövlət olmasıdır:

“Türkiyənin güclü ordusu var, ölkə NATO-nun gələcəkdə genişlənmə strategiyasında müstəsna rola malik olacaq. Coğrafi faktoru unutmayaq. Türkiyəsiz NATO Şərqə doğru genişlənə bilməz. Türkiyəsiz NATO və Vaşinqton Rusiyaya qarşı mübarizə apara bilməz.

Türkiyəsiz Vaşinqton Yaxın Şərqdə uğur əldə edə bilməz. Türkiyənin ABŞ-dan uzaqlaşması Rusiyanın ABŞ üzərində mühüm üstünlük qazanmasına gətirə bilər. Digər yandan isə rəsmi Ankara balanslı xarici siyasəti ilə ölkə üçün mühüm dividentlər qazanmış oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu