19 Aprel 2019 18:54
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Siyasi Mərkəzi və İrs Fondunun dəstəyi ilə Azərbaycanda keçirilən iqtisadi struktur islahatları ilə bağlı Vaşinqtonda (ABŞ) dəyirmi masa keçirilib.

Teleqraf.com xəbər verir ki, dəyirmi masada çıxış edən Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov Azərbaycanda keçirilən iqtisadi islahatlar, Strateji Yol Xəritələri haqqında ətraflı məlumat verib.

E.Hüseynov son vaxtlar islahat təşəbbüslərini nəzərə alınmaqla Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini də təsvir edib. Onun sözlərinə görə, Azərbaycan böyük bir enerji ixracatçısı olaraq qlobal əmtəə qiymətlərində dəyişkənliklərə həssasdır və 2014-cü ilin iqtisadi böhranı zamanı neft qiymətlərinin kəskin düşməsi iqtisadiyyatımıza mənfi təsir edib.

Bu çətinliklərə baxmayaraq, iqtisadi daralma iqtisadi islahatlara təkan verdi. Azərbaycanla ABŞ arasındakı iqtisadi əlaqələrə toxunaraq, E.Hüseynov bildirib ki, bu əlaqələr daha da inkişaf edib. ABŞ şirkətlərinin investisiyalarının həcmi 10 mlrd. ABŞ dollarını ötüb. Bununla yanaşı Azərbaycan Dövlət Neft Fondu ABŞ-ın dövlət istiqrazlarına bir neçə milyard dollarlıq investisiya yatırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər