20 Aprel 2019 18:54
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan istər iqtisadi, istər hərbi, istərsə də digər istiqamətlərdə güclü dövlətə çevrilməklə yanaşı, beynəlxalq arendada da öz yerini möhkləmləndirib”.

Bunu Teleqraf.com-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, son illər görülən işlər nəticəsində Azərbaycan regionun və dünyanın aparıcı dövləti statusuna qalxa bilib:

“Ən əsası da, bütün bu işlər Azərbaycanın beynəlxalq birlikdəki yerini daha da gücləndirib. Habelə, həyata keçirilən siyasət Azərbaycan xalqının sosial həyatını daha da yaxşılaşdırıb. Bütövlükdə bu illər ərzində sosial-iqtisadi sahələrdə kifayət qədər layihələr reallaşdırılıb. Son aylarda sosial məsələlərlə bağlı inqilabi qərarlar verilib. Bu qərarlar insanlarımızın yaşayışına kifayət qədər müsbət təsir göstərib.

Son 15 il xarici siyasətdə görülən işlər də öz müsbət nəticəsini verir. İstər cənab prezidentin xarici ölkələrə, istərsə də xarici ölkə başçılarının, dövlət rəsmilərinin və parlamentarilərinin Azərbaycana səfərləri ölkəmizin beynəlxalq münasibətlərdəki mövqelərini daha da gücləndirib. Bu zənginlik Azərbaycanın daha böyük layihələr reallaşdırmasına, milli maraqlarımızın həyata keçirilməsində mühüm töhfələr verib”.

Vüqar Rəhimzadə qeyd edib ki, keçən dövr ərzində daxili siyasətdə də Azərbaycanın daha müasir şəkildə inkişafının, iqtisadiyyatın və sosial həyatın inkişafının şahidi olmuşuq: “Hesab edirəm ki, həyata keçirilən bu siyasət uğurludur. Bu, Azərbaycanın milli maraqlarının reallaşdırılmasına və ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən bir siyasətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər