24 Aprel 2019 16:30
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Avropa İttifaqı-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz şərhində Avropa İttifaqının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu bildirib. O qeyd edib ki, sazişdə digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər