26 Aprel 2019 11:58
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Vaşinqton şəhərində keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

O, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mümkün görüşü barədə danışıb və bu görüşün Vaşinqtonda keçiriləcəyini istisna etməyib:

“Paris və Moskvada görüşlər keçirdik. Üçüncü görüş həqiqətən Vaşinqtonda keçirilə bilərmi? Əlbəttə. Bu görüşə hazırıq. Sonrakı mərhələ olmalıdır”.

Nazirin sözlərinə görə, bununla bağlı ABŞ-dan təsdiq cavabı gözlədiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər