27 Aprel 2019 14:08
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbuk” sosial şəbəkəsində gündəlik məlumatları izləyən və öz mövqeyini bildirən, düşüncələrini bölüşən vətəndaşlardan biriyəm. Bu sosial şəbəkədə profilim var və orada 5 minədək dost, 10 mindən çox izləyici ilə vaxtaşırı təmaslarım olur. Ancaq hiss edirəm ki, insanlarla daha yaxın, eyni zamanda daha sıx, daha canlı ünsiyyət qurmağa ehtiyac var. Bu baxımdan mən “Feysbuk”da səhifə yaratmışam. Səhifədə texniki cəhətdən heç bir məhdudiyyət olmayacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, səhifəsində aktual məsələlərlə bağlı mövqe bildirmək, müzakirələrdə iştirak etmək niyyətindədir:

“Eyni zamanda mühüm hesab etdiyim hansısa məsələ ilə bağlı ictimaiyyətlə fikir mübadiləsi aparım. Həmçinin video-bağlantı ilə izləyicilərin suallarına cavab vermək, hansısa müzakirələr aparmaq da fikrindəyəm.

Bildiyiniz kimi, bu, sosial şəbəkədə yenilik deyil. Həm xaricdə, həm də Azərbaycanda bu metoddan istifadə edən yüz minlərlə insan var və onların bu fəaliyyətinin müsbət qarşılandığının şahidi oluram. Gələn həftədən başalayaraq yeni səhifəmdə – “Aydin Mirzezade” səhifəsində həm fikirlərimi bildirəcəm, həm də mənə müraciət edən izləyicilərin sözünü dinləyəcəm.

Baxmayaraq ki, mən bu səhifəni dünən yaratmışam, artıq səhifəni 500-dən çox insan izləyir. Bir neçə vətəndaş öz problemləri ilə bağlı müraciət edib. Onlar mənim seçildiyim Mingəçevir şəhərindən deyillər. Bununla belə, onların müraciətini qeydiyyata götürərək lazımı köməklik göstərmək fikrindəyəm”.

A.Mirzəzadə qeyd edib ki, onun məqsədi vətəndaşlarla daha sıx əlaqədə olmaq, insanların müraciətlərini dinləmək, onlarla söhbət etmək, fikir mübadiləsi aparmaq, hansısa aktual məsələyə dair mövqeyini operativ şəkildə bildirmək, yaxud əks reaksiyanı dinləməkdən ibarətdir:

“Bildiyini kimi, bunu “Feysbuk” profilimdən də edirdim. Amma texniki cəhətdən profil bir qədər məhdud formatdır. Səhifənin isə texniki imkanları böyükdür. Canlı yayımlar, canlı yayımda birbaşa qəbul keçirmək və digər izləyicilərin onu dinləməsi mümkün olacaq. Yaxud hardasa bir yerdə olduqda, o yerdə baş verən hansısa hadisəni əhəmiyyətli, aktual saydıqda birbaşa canlı yayımda həmin yerdən video paylaşım etmək, onu çatdırmaq, müzakirə etmək fikrindəyəm. Ona görə də profilimi saxlamaqla belə bir formatdan da istifadə etmək qərarına gəldim”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər