29 Aprel 2019 19:12
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev xatırladıb ki, dövlətimizin başçısı Çində “Bir kəmər, bir yol” ikinci əməkdaşlıq forumuna dəvət olunmuşdu:

“Bu səfər çərçivəsində dövlət başçımız Çin Xalq Respublikasının rəhbəri ilə geniş müzakirələr aparıb. Azərbaycanla Çin arasındakı ikitərəfli siyasi münasibətlər yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr də inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər