1 May 2019 13:50
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər