3 May 2019 10:01
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 2-də İrəvanda Ermənistan-BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) hökumətlərarası komissiyasının iclası keçirilib. BƏƏ və Ermənistan rəsmilərinin təmasları haqqında məlumatların sayı getdikcə çoxalır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən onlarla saziş imzalanıb:

“İrəvan BƏƏ-yə təklif edib ki, Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi Birliyinə bazarlarına çıxmaq üçün Ermənistanın imkanlarından istifadə etsin. Bu arada, BƏƏ nümayəndə heyətini ayrılıqda Ermənistan prezidenti və baş naziri qəbul edib.

BƏƏ-nin Ermənistanla əməkdaşlıqda nə marağı var? Axı, BƏƏ-nin başlıca müttəfiqi Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibəti yoxdur.

Səudiyyə Ərəbistanı birmənalı olaraq Azərbaycanı müdafiə edir. Elə bir beynəlxalq məsələ yoxdur ki, BƏƏ müttəfiqi Səudiyyə Ərəbistanı ilə eyni mövqedən çıxış etməsin. Bu sıraya hər iki dövlətin İrana, Yəmənə, Suriyaya eyni yanaşmasını göstərə bilərik. Bəs necə olub ki, Ermənistan məsələsində BƏƏ Səudiyyə Ərəbistanından fərqli siyasət yürüdür? Bu suala cavab haqqında bizim XİN və nazirlərimiz düşünməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər