3 May 2019 15:23
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"V Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu qlobal problemləri görməyə vadar edir".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Bakı Prosesi”nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının akademik məsləhətçisi, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Maykl Hardi Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzusu çərçivəsində çıxış edərkən deyib.

Professorun sözlərinə görə, miqrasiya sahəsindəki çətinliklərə başqa tərəfdən baxmalıyıq: "Psixoloqlar deyir ki, insanlar səhər erkən oyanarkən kiməsə və ya nəyəsə bağlı olmaq istəyir. Amma heç bir yerə aid olmamaq insanlarda psixoloji problemlər yaradır. Psixoloqlar digər araşdırmaları nəticəsində bu qənaətə gəliblər ki, hər bir insan fərqli olmaq ehtiyacı duyur. Miqrant mühacirlər özünün fərqli tərəflərinə pozitiv yöndən baxmır. Şadam ki, bu forumun təşkilatçılar bu məsələnin həllində öz təkliflərini verir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər