3 May 2019 19:25
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO ilə Azərbaycan arasındakı əməkdaşlğın 25 ili tamam oldu. 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun mənzil qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzaladı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, NATO-Azərbaycan əməkdaşlığı hər iki tərəfin maraqlarına cavab verir:

“Birincisi, Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edir. Azərbaycan 1998-2008-ci illərdə NATO-nun başçılığı altında keçirilən Kosovoda sülhməramlı əməliyyatlarda iştirak edib, hazırda isə Əfqanıstanda əməkdaşlıq davam edir. Azərbaycan 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentinin sayını 30 faiz artırıb. Digər tərəfdən Azərbaycanın Əfqanıstana verdiyi maliyyə və siyasi dəstək NATO-nun da maraqlarına cavab verir.

İkincisi, NATO Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir. NATO Azərbaycan haba sahəsi üzərindən Əfqanıstana yüklərini daşıyır. NATO son bir ildə yüklərin Əfqanıstana çatdırılmasına Bakı-Tbilisi-Qars dəmir yolundan da istifadə edir.

Üçüncüsü, Azərbaycan hərbçiləri NATO-nun müxtəlif təhsil proqramlarında iştirak edirlər. Bu Azərbaycan ordusuna NATO standartlarına yaxınlaşmağa imkan verir. Ümumilikdə Azərbaycan ordusu döyüş təcrübəsi, ərzaq, geyim və hərbi texniki təhcizat məsələrində NATO standartlarını məsimsəməyə çalışır. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov son çıxışlarında NATO və NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığın vacibliyindən danışır. Məsələn Azərbaycan ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir”.

Elxan Şahinoğlu qeyd edib ki, NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramına önəm verilir:

“Hazırda Azərbaycanın NATO qərargahlarında 8 zabiti xidmət edir. “Əminəm ki, biz strateji tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik” – bu Zakir Həsənovun əməkdaşlığa verdiyi qiymətdir.

Altıncısı, NATO Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. NATO Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bir neçə qətnamə qəbul edib.

Beləliklə, həm rəsmi Bakı, həm də Brüssel ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan Gürcüstan və ya Ukrayna kimi NATO üzvlüyünü qarşısına məqdəs qoymayıb. Ancaq bölgədə şərtlər dəyişərsə Azərbaycanla NATO arasındakı strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması aktuallaşa bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər