7 May 2019 09:01
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Perzidenti Salome Zurabişvili aprelin 20-də “Keşikçidağ” kompleksində olarkən məsələyə təmkinli siyasətçi kimi deyil, daha çox emosional münasibət bildirdi. Onun məsələyə son münasibəti də emosionallığını qoruyub saxlamaqdadır. Fərq ondadır ki, bu emosionallıqda gürcü siyasətçiləri bir-birləri ilə sanki yaxışa giriblər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, hər zaman daldalanmağı, kölgədə qalmağı sevən Bidzina İvanişvili də bu məsələlərə dair öz fikrini bildirməli olub:

“Bütün bunları ümumiləşdirdikdə belə qənaətə gəlirsən ki, on illərdir heç kimin yadına düşməyən, haqqında bir kəlmə söz danışılmayan, hətta sovet dövründə də yada salınmayan “Keşikçidağ” kompleksi niyə birdən-birə belə populyarlıq kəsb etdi? Niyə birdən-birə gürcü xalqının çox böyük həyəcanına və emosional münasibətinə səbəb oldu? Baxmayaraq ki, Azərbaycan cəmiyyəti bu məsələni praqmatik və kifayət qədər sakit qarşılayıb. Mənim qənaətim budur ki, bu məsələ Gürcüstan cəmiyyətində kənardan idarə olunur. Necə ki, vaxtilə Topxana meşəsi ilə bağlı məsələyə kənardan müdaxilə var idi, prosesləri kənardan böyük bir dövlətin dirijor çubuğu idarə edirdisə, indi də Salome Zurabişvili və Bidzina İvanişvili səviyyəsində də yenə həmin dövlətdən o proseslərin idarə edilməsi fikrinə düşə bilərlər. Mən bunu yüz faiz dəqiqliklə demirəm. Əlimdə hələ ki kifayət qədər fakt yoxdur. Amma Gürcüstan cəmiyyətinin bu qədər həyəcanlanması məndə bu düşüncələrin yaranmasına səbəb olub. Proses Gürcüstan gündəmində bir nömrəli hadisə kimi dəyərləndirilirsə, demək, bu hadisəni kənardan tətikləyən, qızışdıran qüvvələr var. “Bəlkə də alındı” xülyası ilə onlar Azərbaycanı qonşu dövlətlə avantüraya cəlb etmək istəyirlər”.

Q.Hüseynli qeyd edib ki, Azərbaycan cəmiyyəti bu məsələlərə təmkinlə yanaşır:

“Prezident İlham Əliyevin Xələf Xələfovu yenidən xarici işlər nazirinin müavini və sərhədlərin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin etməsi göstərdi ki, komissiyalar artıq fəaliyyətdədir. Çox da uzaq olmayan bir neçə gün ərzində komissiyanın ilk görüşləri keçirilə bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər