10 May 2019 19:09
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul nəhəng şəhərdir, Türkiyə iqtisadiyyatının böyük bir hissəsi İstanbulun payına düşür. İstanbul qaynaqresurs olmaqla bərabər Türkiyə vətəndaşlarının 3-4 nəfərindən biri bu şəhərdə yaşayır.

Bu fikirləri Teleqraf.com-a İstanbul uğrunda hakimiyyət və müxalifət arasında gedən mübarizənin səbəbləri haqqında danışan politoloq Toğrul İsmayıl deyib.

O, əlavə edib ki, Əkrəm İmamoğlu ilə Binəli Yıdırım arasında səs fərqi 100 min olsaydı indiki problem ortaya çıxmaz və təkrar seçkilərə ehtiyac qalmazdı: “İndi Türkiyənin siyasətçiləri və cəmiyyəti üzərinə düşən əsas vəzifə demokratiya ənənələrini itirməməsidir. Yəni təkrar seçkilərin Türkiyə demokratiyasına ləkə salmadan həyata keçirmək vacibdir. Əlbəttə, təkrar seçkilər daha çətindir. Həm də bu seçkilərdə ancaq hakimiyyət partiyasının qələbə əldə edəcəyi kimi bir məsələ də yoxdur. Müxalifətin namizədi də qalib gələ bilər. Burada sözü daha çox seçici deyəcək”.

Son illər Ədalət və İnkişaf Partiyasının böyük şəhərləri müxalifətə uduzmasının səbəbləri haqqında danışan T.İsmayıl xatırladıb ki, ilk dəfə belə bir durum referendum keçirilən zaman ortaya çıxıb: “Yəni AKP böyük şəhərlərdən az səs aldı. Mənim fikrimcə, əslində AKP və “Cümhuriyyət ittifaqı” daha çox Anadolu insanın xitab edir. Elə nəticəyə də baxanda aydın olur ki, AKP ən çox səsi Anadoludan toplayıb. Ölkənin cənub şərq hissələrdən də səs alıblar. Sözsüz ki, seçkidə 51-52 faiz səs almaq az rəqəm deyil. Böyük şəhərlərin dərdi isə Anadoludan fərqlidir. Böyük şəhərlərdə yaşamaq daha çətindir, belə şəhərlər iqtisadi böhranı həssas hiss edir. Həmçinin burada namizəd məsələləri də vacib amildir və doğru namizədlər seçimi etmək lazımdır”.

Bununla belə mütəxəssis bildirib ki, AKP uzun illər Türkiyə siyasətində aparıcı rol oynayacaq. Onun fikrincə, AKP və Ərdoğan neçə ildir hakimiyyətdə olmasına baxmayaraq son seçkilərdə 52 faiz səs toplayaraq birinci partiya olub.


Müəllif:

Oxşar xəbərlər