10 May 2019 22:07
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Azərbaycana nəinki Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına verdiyi dəstəyə, həm də Əfqanıstan Milli Ordusunun məqsədli fonduna vəsait köçürdüyünə görə minnətdarıq”.

Teleqraf.com xəbər verir ki, bu, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına Azərbaycanın qoşulmasının 25 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin rəsmi dərgisində dərc olunan NATO-nun Baş katibi Yens Stoltenberqin məqaləsində bildirilir.

“Əməkdaşlığın gələcəkdə daha da genişlənməsini səbirsizliklə gözləyirik. Ötən 25 il ərzində Azərbaycan bizim daima genişlənən şəbəkəmizdə ən fəal və etibarlı tərəfdaşlardan olub. Biz qurduğumuz münasibətlərlə, birgə səylərlə nail olduqlarımızlarla fəxr edirik”, - deyə qeyd edən müəllif Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanmasının NATO üçün əhəmiyyətli olduğunu da bildirilir.

“Biz münaqişələrin beynəlxalq hüququn, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsip və normaları əsasında həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edirik”, - deyə vurğulayan NATO baş katibi aşağıdakı fikri diqqətə çatdırıb: “NATO-nun yeni üzvləri salamlayaraq konstruktiv tərəfdaşlıq qurduğuna görə ötən on illər ərzində təhlükəsizlik məsələlərini təkcə Alyansın daxilində baş verənlər çərçivəsində yox, həm də Avro-Atlantik qonşuluğunun daha geniş kontekstində dəyərlədirməyin əhəmiyyətini dərk etmişik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər