11 May 2019 17:17
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı mövqeyini bir daha ortaya qoydu. Prezident açıq bəyan etdi ki, Azərbaycan heç vaxt əzəli torpağı olan Qarabağı güzəştə getməyəcək.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin ötən gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı Dağlıq Qarabağ haqda işlətdiyi fikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, sözügedən tədbirdə ölkənin tanınmış ictimai, siyasi, mədəni xadimləri ilə yanaşı xarici qonaqlar, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edib: “Prezident İlham Əliyev həmişə olduğu kimi birmənalı bəyan etdi ki, bizim ərazi bütövlüyümüz təmin olunmalıdır.

Hesab edirəm ki, bu, baş verəcək və biz hamımız bu hadisənin şahidi olacağıq.

Prezident eyni zamanda elan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesində müzakirə mövzusu deyil və biz ərazi bütövlüyümüzü təmin edəcəyik. Prezident birmənalı olaraq fikrini ifadə etdi və Azərbaycanın qəti mövqeyini bəyan etdi. Hesab edirəm ki, bu özü də qarşı tərəfə, elə münaqişəyə dair işləyən diplomatlara, həmsədrlərə bir mesajdır.

Azərbaycan Dağlıq Qarabağ məsələsində mövqeyini heç cür dəyişməyib və bundan sonra da dəyişməyəcək. Odur ki, münaqişənin tezliklə həlli üçün qarşı tərəf də düşünməlidir”.

Elman Məmmədov əlavə edib ki, prezident çıxışı zamanı Azərbaycan ordusu haqqında da fikrini ifadə edib, ordu quruculuğunun genişləndiriləcəyini və gücləndiriləcəyini bildirib: “Prezident söylədi ki, Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Mən hesab edirəm ki, bunun özü də düşmənə bir mesajdır. Azərbaycan ordusu güclənir, müasir texnika ilə təchiz olunur. Prezident bu məsələlərə şəxsən nəzarət edir”.

Teleqraf


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər