11 May 2019 16:19
2 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ankarada bir neçə gün əvvəl Türkiyə-Azərbaycan-Rusiya sazişi imzalanıb: "Saziş Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutur. Bu arada, Rusiya Dəmir Yolları İdarəsinin rəhbəri Oleq Belozyor Bakıya gələrək prezident İlham Əliyevlə görüşdü. İki ölkə arasında dəmir yolu ilə yük daşımalarının həcmi artır. Bu ilin ilk 3 ayında yük daşımalarının həcmi 25 faiz artıb.

Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə yük daşımaları həyata keçirmək istəyir. Bunun tərsi də mümkündür. Yəni Türkiyə öz mallarının bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya daşıya bilər. Ancaq Gürcüstan hökuməti Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını istəmir".

Elxan Şahinoğlunun fikrincə, dəmir yolunun bir hissəsi Gürcüstandan keçdiyindən rəsmi Tbilisi bu məsələdə söz sahiblərindən biri olduğunu göstərməyə çalışır: "Halbuki bu dəmir yolununu tikintisi üçün də 1 dollar xərcləməyib, yenə bizdən borc alıb. Gürcüstan hakimiyyəti bilir ki, bu cür daşımalar Azərbaycan və Türkiyə üçün faydalıdır.

Yəqin Tbilisi bizdən yenə nəsə qorparmaq istəyir. Sadəcə, Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsinə razı olmayan Gürcüstan hakimiyyətindən soruşmaq lazımdır ki, bəs necə olur Rusiya Ermənistana mallarını Gürcüstan üzərindən daşıyır, necə olur illərdir Abxaziya üzərindən dəmiryolunun açılmasıyla bağlı Moskva ilə danışıqlar aparılır?"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər