13 May 2019 14:56
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu günlərdə atəşkəslə bağlı Bişkek protokolunun imzalandığı gündən 25 il ötdü. Bişkek protokolu siyasi sənəd deyil və ölkəmizin üzərinə heç bir hüquqi öhdəlik qoymur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Onun sözlərinə görə, bu protokol yalnız atəşkəs haqqındadır, onun savaşın nəticələrinə, eləcə də yenidən başlana biləcəyinə heç bir təsiri yoxdur:

“Bişkek protokolunu Qarabağ erməniləri də imzalayıb. Ermənilər bunu siyasiləşdirməyə çalışırlar, buradan Qarabağ ermənilərinin siyasi danışıqlarda tərəf olmaq haqqını çıxarmaq istəyirlər. Bişkek protokolu yalnız atəşkəslə bağlı anlaşma olduğuna görə, onun siyasi təsiri yoxdur.

Atəşkəs anlaşmasını savaşan tərəflər bağlayırlar. Beynəlxalq hüquqda savaşan tərəf, daha doğrusu “savaşçı” anlayışı var. Əlinə silah alıb savaşan hər kəs savaşçı sayılır. Bu, hüquq deyil, fakt məsələsidir, bu faktın hüquqi və ya siyasi baxımdan tanınmağa ehtiyacı yoxdur. Kobud gerçəklikdir. Qarabağ ermənilərinin Bişkek protokolunu imzalaması, onları siyasi danışıqlar tərəfi etmir, onlara siyasi tərəf olmaq haqqını da vermir”.

Qeyd edək ki, Bişkek protokolu - Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəddir. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər