13 May 2019 21:43
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişə dair danışıqlar hələ başa çatmasa da, həssas məqamların hamısından xəbərdarıq”.

Bunu “Report”un Aİ ilə Azərbaycan arasında yeni sazişə dair danışıqların nə yerdə olmasına və ərazi bütövlüyü məsələsini də ehtiva edib-etməyəcəyinə dair sualına cavabında Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bildirib.

O, bu qəbildən olan sənədlərdə bir sıra əməkdaşlıq sahələrinin ehtiva olunacağını diqqətə çatdırıb.

“Bu saziş iqtisadi inkişafa dəstək verəcək. Biz ölkə iqtisadiyyatının şaxələnməsində maraqlıyıq. Amma danışıqlar hələ başa çatmadığına görə təfərrütı şərh etmək istəməzdim”, - Aİ rəsmisi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər