“Bakıda ötən gün keçirilən işgüzar görüş konstruktiv olub”.
Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini, Azərbaycanla sərhədin delimitasiya üzrə komissiyanın həmsədri Laşa Darsalia “Interpressnews” agentliyinə bildirib.
Nazir müavininin sözlərinə görə, əsas məqsəd hər iki tərəfin maraqlarının nəzərə alınacağı və hər iki ölkənin ictimaiyyəti üçün məqbul olacaq razılığa nail olmaqdan ibarətdir.
L.Darsalia qeyd edib ki, danışıqlarda hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun çıxış edir.