"Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dayanıqlı həllinə tərəfdardır".
Bunu Parisdə işgüzar səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında martın 29-da keçirilən Vyana görüşündə müzakirə olunmuş etimad tədbirlərinin həyata keçirilməsini vacib hesab edən fransalı nazir münaqişənin əsaslı və razılaşdırılmış həllinin tapılmasına yönələn addımlarda ATƏT-in Minsk qrupunun həmsədri olaraq qəti, tam şəkildə, tərəfsiz olaraq iştirak etdiklərini vurğulayıb.