18 May 2019 12:23
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Cənubi Qafqaza diqqəti artırır. ABŞ ilk növbədə Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətmək, habelə Paşinyanın Qarabağ münaqişəsinin həll prosesində qeyri-konusturiktiv siyasətinin qarşısını almaq niyyətindədir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistan Baş naziri Nikol Paşinyana etimad etmir: “Buna görə də, ABŞ inqilabdan əvvəl Paşinyana vəd etdiyi pulu vermədi.

Digər yandan, ABŞ rəhbərliyi Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Vaşinqtonda görüşünü təşkil etmək istəyir.

Hesab edirəm ki, Donald Trampın xüsusi işlər üzrə köməkçisinin İrəvana səfəri təsadüfi deyildi. Qənaətimə görə, o, Paşinyana danışıqların yeni formatda keçiriləcəyi mesajını verib. Çünki ABŞ Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsi üzrə danışıqlarda Moskva ilə koordinasiyalı işbirliyindən razı deyil”.

Ekspert qeyd edib ki, ABŞ problem həll edilmədən Moskvanın regiondakı təsirlərinin zəifləməyəcəyini bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər