20 May 2019 16:13
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran ABŞ-ın təzyiqlərinə qarşı ya bir-iki ay tab gətirəcək, ya da əllərini qaldırıb təslim olaraq, ABŞ-la masa arxasında oturmağa razılaşacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, İran yeni nüvə müqaviləsinin imzalanmasına razılaşmalıdır, yoxsa onun ətrafındakı çənbər getdikcə daralacaq:

“Elə bir vəziyyət yetişə bilər ki, İran bir barel də neft çıxarmaya bilər, bu da ölkənin gəlirlərinin kəskin azalmasına gətirib çıxaracaq. İndi İranda əhalinin maddi güzəranı pis səviyyədədir, bu fonda da təzyiqlər əhali arasında ciddi etirazlara səbəb ola bilər. ABŞ-ın ilk hədəfi əhalini rejimə qarşı çıxışlara təhrik etməkdir. Daxildəki yoxsulluq və böhran buna zəmin yarada bilər”.

İranın iki seçimi var: ya yeni nüvə müqaviləsi imzalamalıdır, ya da irəli sürülmüş 12 şərti yerinə yetirməlidir. Amma İranda bu, o qədər də xoş qarşılanmır. Yaxud, İsrail və ABŞ İranın hərbi obyektlərini, strateji məntəqələrini və siyasi hakimiyyətin yerləşdiyi binalara raket zərbələri endirəcək. Zənnimcə, Amerika siyasi rəhbərliyində bununla bağlı fikir ayrılıqları var”.

Qabil Hüseynli qeyd edib ki, ABŞ dərin dövləti qarşısına məqsədlər qoyub və bunlar əvvəlki illərlə müqayisədə daha ciddi məqsədlərdir: “Bu məqsədləri həyata keçirmək imkanları da kifayət qədər real görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər