21 May 2019 13:56
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnqilabla hakimiyyətə gələn Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin daxili işləri ilə bağlı proqramı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert son günlərdə Ermənistan daxilində gedən ictimai-siyasi prosesləri şərh edib:

“Ermənistanda maraqlı vəziyyət yaranır, inqilabın ikinci mərhələsindən danışılır. Lakin Paşinyanın son hərəkətləri və ümumiyyətlə hakimiyyətə gələndən sonrakı davranışı “heç nə etmək mümkün deyil” tezisinin bariz nümunəsidir. Hakimiyyətə gələr-gəlməz hüquq-mühafizə və məhkəmə sistemində islahatlara başlamaq lazım idi. Lakin bunu etmək üçün hakimiyyətə gəlməzdən əvvəl “nə etmək lazım olduğunu” bilmək tələb olunurdu.

Məlum olur ki, Paşinyanın heç bir proqramı yoxdur.

Onun iki böyük problemi var: iqtidar olsa da hələ də müxalifət kimi düşünür və daha vacib məsələləri xırda işlərə qurban verir. Uğurlu islahatları keçirmək üçün qətiyyət və hətta sərtlik lazımdır. İnqilab etməklə deyil, əsas məsələ inqilabı effektiv islahatlara konvertasiya etməkdir.

Belə gedişlə ermənilərdə bu çətin ki alınsın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər