22 May 2019 16:12
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yeni prezident seçilən Zelenski əslində inauqurasiya mərasimi zamanı bir sıra məsələlərə toxunub. Düzdür, məsələyə nəzəri münasibət bildirmək o demək deyil ki, bunların hamısı həyata keçiriləcək. İndi Ukraynada hakimiyyətdə olan qüvvələrin dəyişilməsi prosesi gedir. Sabiq prezidentin kadrları istefa prosesinə başlayıb. Yeni prezidentin kadrları bu postlara təyin olunacaq.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Ukraynadakı son durumdan danışarkən deyib.

O, hesab edir ki, bu prosesdə kimlərəsə qarşı cinayət işləri açılacaq, həbslər aparılacaq, ittihamlar irəli sürüləcək: “Ancaq mən Poroşenkonu gurultulu ittihamla həbs edəcəklərinə inanmıram, sadəcə onun qanını qaralda bilərlər. Ukrayna siyasi elitası çərçivəsində müxtəlif qüvvələr var. Qərbpərəst, ruspərəst, Avropapərəst, ölkənin gələcəyini müxtəlif yerdə görən qüvvələr kifayət qədərdir. Bu qüvvələr arasında həm siyasi mübarizə, həm də qarşıdurma olacaq.

Nəzərə almaq lazımdır ki, yeni seçilən prezident gəncdir, siyasi təcrübəsi yoxdur. Onun ölkəni necə idarə edəcəyi, bu problemləri necə həll edəcəyini qabaqcadan demək çətindir”.

Politoloq deyib ki, bizim üçün əsas odur ki, yeni prezident Azərbaycanla əlaqələri inkişaf etdirmək də maraqlı olsun: “Çox istərdik ki, Azərbaycan-Ukrayna münasibətləri ən azından olduğu kimi qalsın. Çünki hər iki dövlətin ərazilərinin işğalı problemi var, bu istiqamətdə qarşılıqlı münasibətlər yaxşıdır, bir-birimizi beynəlxalq tribunalarda müdafiə edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər