24 May 2019 18:39
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə dünya siyasətinin pərdəarxası oyunçularından biri, bəlkə də ən böyüyüdür. Hökumət başçısı Tereza Meyin qəfil istefa verməsinin bir səbəbi də ən yaxın silahdaşlarının ondan üz döndərməsi idi.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Böyük Britaniya hökumət başçısı Tereza Meyuin istefa qərarını şərh edərkən deyib.

Politoloq bildirib ki, xanım Mey uzun müddətdir ki, müxalifət partiyaları ilə dil tapa bilmirdi. İngiltərənin Avropa İttifaqından çıxması məsələsində şərtlər Meyin kabinetindəki həmkarlarını da qane etmirdi: “Tereza Mey bu addımı atmaqla İngiltərəyə böyük yaxşılıq etmiş oldu. Çünki London dünya siyasətində pərdəarxası oyunçu olmaqla yanaşı, Avropa İttifaqının formalaşmasına mane olurdu. Amma Avropa İttifaqının bütün şərtlərindən yararlanmaqla bir növ ittifaqın parazit dövləti idi. İndi Avropa İttifaqı İngiltərə olmadan formalaşa bilər. Xanım Meyin istefası İngiltərənin Avropa Birliyini tərk etməsilə nəticələnəcək. Bu istefa ABŞ-a da sərf edir. İngiltərənin dünyada 20-yə yaxın dövlətlə müttəfiqliyi vardı. Hansı ki bu dövlətlərlə ABŞ-ın problemi yaranmışdı. İstər Avstraliya, istər Kanada, istərsə də Cənubi Afrika Respublikası ilə. Bu prosesdə Fransa da maraqlı oldu. Çünki Avropan diplomatiyasının lideri hər zaman Fransa olub. Bu mənada maraqlar üst-üstə düşdüyü üçün Tereza Mey bunun öhdəsindən gələ bilmədi və istefaya zorlandı”.

Mütəxəssisin fikrincə, bu istefa dünya siyasi düzənində bəzi dəyişikliklərə səbəb ola bilər: “ABŞ-Avropa Birliyi, Avropa Birliyi ilə MDB ölkələri münasibətlərində, Avropanın yeni siyasi istiqamətində dəyişikliklər ola bilər. Yəni müsbət şeylər gözləyirəm. Bu istefa İngiltərəyə də xeyirli olacaq. Yəni bu ölkə özü ilə məşğul olacaq, daha dünyanı qarışdırmayacaq”.

Bununla belə politoloq hesab edir ki, indi baş nazir Meyin istefa qərarından daha vacibi onun yerini kimin tutacağı məsələsidir: “Bu, olduqca əhəmiyyətli məsələdir. Bu vəzifəni Mühafizəkar Partiyanın liderlərindən biri tuta bilər. Daniel Faraci var, Yaşıllar Partiyası da gündəmə gələ bilər. Yəni yeni hökumət koalisiya hökuməti olacaq. İngiltərə koalisiyasız dil tapa bilmir. Həm partiya rəhbəri, həm də baş nazir postuna Boris Conson da namizədliyini irəli sürə bilər. O, daha çox şou siyasətçisi təsiri bağışlayır. Ola bilsin ki, başqa namizəd çıxarsınlar. Mümkündür ki, yeni baş nazir də xanım olsun. Ancaq Boris Conson da iddiasını ortaya qoyacaq. Sonda hökumətin kim tərəfdən qurulmasını İngiltərə Kraliçası müəyyən edəcək”.

Xatırladaq ki, Boris Conson daha çox “Osmanlı torunu” ayaması ilə tanınır. Onun babası Əli Rıza Osmanlıda Damad Fərid Paşa hökumətində daxili işlər və təhsil naziri postunu tutub. Conson Əli Rızanın ingilis xanımından doğulan Stanley Consonun doğma oğludur.


Müəllif: Cavad

Oxşar xəbərlər