25 May 2019 10:16
2 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyadan gələ biləcək təhdidə qarşı NATO-nun sərhəddə yerləşdirdiyi və hazırda aktiv fəaliyyətdə olan “Patriot” hava hücumundan müdafiə sistemi və “Samp-t” müdafiə batareyasının fəaliyyətini uzatmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, bölgədə müşahidə edilən qeyri-sabitlik və silahlı qarşıdurmaların davam etdiyini əsas gətirən Türkiyə bu tələbi İspaniya və İtaliya qarşısında irəli sürüb.

Qeyd edək ki, İspaniyadan göndərilən “Patriot” sistemi 2015, İtaliyadan göndərilən “Samp-t” hava müdafiə batareyası isə 2016-cı ildən bu yana Suriya ilə sərhəddə quraşdırılıb.

“Patriot” sistemi Adanada, “Samp-t” sistemi isə Qəhrəmanmaraşda fəaliyyət göstərir. Bu komplekslərin xidməti iyun ayında başa çatmalıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər