27 May 2019 23:35
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən böyük ehramıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, 101 il əvvəl, Azərbaycan Xalq Cumhuriyyətini quran qurucu əcdadlarımız, aydınlarımız öz əməlləri ilə subut etdilər ki, yalnız böyük adamlar böyük hadisələr yaratmağa qadirdir:

“Müsəlman Şərqində XX əsrdə ilk demokratik respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Şərqin yuxulu tarixində elə ən böyük hadisəydi. Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın böyük adamlarının böyük şah əsəriydi. 101 il keçsə belə, AXC Səfəvilərdən sonra milli tariximizin ən böyük ehramıdır.

Rəsulzadə , Xoyski, Topçubaşov, Yusifbəyli və digər cümhuriyyət qurucularını böyük iftixar hissi ilə xatırlayırıq. Bizim əsas qayəmiz AXC qurucularından nümunə götürmək, onlar kimi istiqalılımıza, üç rəngli, ay ulduzlu bayrağımıza sadiq olmaq, müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin tərəqqisi üçün əlimizdən gələni etmək olmalıdır. Cümhuriyyət qurucularının hər biri tariximizin qəhrəmanıdır, örnək olası bir bir ömür , mücadilə yaşayıblar. Onlardan danışmaq, söz açmaq, nişan vermək hər soyadımıza qürur verir. Hər birimizə fəxarət ünvanı qoyub gediblər. Onları gənclərimizə tanıtmaq, dünyada təbliğ etmək bizim borcumuzdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər