ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Kiyevdən gözləntilərini açıqlayıb. Onun açıqlamasında diqqətimi çəkən məqam kimi Ukraynanın şərq vilayətlərinin seprataçıların nəzarətinə keçməsi ilə yaranan böhran barədə dediklərini və Vaşinqtonun münaisbətini ifadə edən fikirlərini qeyd etmək olar. O deyib: “Məni naharhat edən odur ki, insanlar Rusiya işğalına və hərbi əməliyyatların davam etməsinə öyrəşməyə başlayırlar. Bax bu problemdir, onlar real olaraq hər həftə ukraynalıları öldürürlər və biz bunu unuda bilmərik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli deyib.
Volkerin açıq danışdığını bildirən ekspertin sözlərinə görə, bu, həm də Ukrayna Prezidenti Vladimir Zelenskiyə açıq xəbərdarlıqdır:
“Amma çox təəsüf ki, Azərbaycanla bağlı yanaşmada bu mövqe ortaya qoyulmur. Bizə təzyiq edirlər ki, aman, status-kvonu dəyişməyin, hərbi əməliyyatlar haqqında düşünməyin, hər şeyi unudun, barışın, sonsuz danışıqlar aparın.
Mayın 1-də isə ABŞ Nümayəndələr Platasının Xarici siyasət məsələləri komitəsində “Dirçələn Rusiyay qarşı mübarizə” mövuzunda dinləmələr keçiriləndə Gürcüstana qarşı aqressiya xüsusu müzakirə olunub. Müzakirələr zamanı Gürcüstana qarşı aqressiyanın adavm etdiyi və buna görə Rusiyaya qarşı daha təsirli addımlar atılmasının vacibliyi vurğulanıb. Xarici siyasət məsələləri komitəsinin sədri demokrat Elliot Yengel dinləmələr zamanı bildirib ki, Rusiya tərəfindən sərhədləri boyunca Gürcüsatn və Ukrayna əraziləni işğal etməsi on illiklər əzrində aparlan sülh və sabitlik fəaliyyətlərini zədələyib”.
Zaur İbrahimli ABŞ-ın Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycana qərəzli yanaşdığını bildirib:
“Xalq olaraq bu iki yanaşmanın fərqində olmalıyıq, cəmiyyət dövlət olaraq elə etməliyik ki, bizim də səbrimizin sonsuz olmasını düşünməsinlər. Bizi “unudun” deməyin risklərini ciddi şəkildə anlasınlar.
Həm də əmin etməliyik ki, Ukrayndan fərqli olaraq biz unutmaq, öyrəşmək fikrindən uzağıq. Gürcülərdən də mübarizik və heç bir halda birtərəfli güzəştlərə getməyi tələb edə bilməzlər”.