4 İyun 2019 17:34
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 il bundan əvvəl – 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verdi. Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu.

Teleqraf.com xəbər verir ki, bunu ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov sosial şəbəkə hesabında bildirib.

O, yazıb:

“Təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə – qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxdı. Ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edildi, iqtisadi tənəzzül və total böhran cilovlandı, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əmin-amanlıq təmin edildi. Müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başladı. Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünkü güclü, qüdrətli, çiçəklənən dövlətə çevrildi”.

Ə.Əhmədov qeyd edib ki, vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək yenidən baş qaldırıb şər-böhtan kampaniyası aparırlar:

“Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar”.


Müəllif: Səxavət

Oxşar xəbərlər