5 İyun 2019 13:55
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq donorlara müraciət edərək, müvəqqəti olaraq Ermənistandakı hakimlərin maaşlarınının ödənilməsini təklif edib. O qeyd edib ki, maaşların artımının dövlət büdcəsi hesabına həyata keçirilməsi cəmiyyət üçün qəbuledilməz olacaq.

Teleqraf.com-un xəbərinə görə, hazırda peşəkar hüquqşünaslar 400 min dram (840 dollar) əmək haqqı müqabilində hakim işləmək istəmirlər. İnsanları isə inandırmaq lazımdır ki, hakimlər mütləq 2,5-3 milyon dram (5,2-6,2 min dollar) həcmində maaş almalıdırlar.

“Hakimlərin maaşlarında ciddi artım olmasa, bizdə müstəqil məhkəmə sistemi olmayacaq. Bizim dövlət büdcəsi hesabına hakimlərin maaşlarını artırmaq imkanımız var, amma ictimaiyyətin sosial vəziyyətini nəzərə aldıqda, bu, cəmiyyət üçün qəbuledilməz olacaq. Biz beynəlxalq tərəfdaşlarımıza təklif edirik ki, hakimlərimizin maliyyələşməsi ilə bağlı bütün yükü öz üzərlərinə götürsünlər. Pul hökumət tərəfindən, lakin xarici qrantlar hesabına ödəniləcək”, – deyə Paşinyan bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hakimiyyət yeni məhkəmə – anti-korrupsiyaya məhkəməsi yaratmağı, peşəkarları cəlb etməyi planlaşdırır. N.Paşinyan 3 il ərzində müstəqil məhkəmə sisteminin səmərəliliyini sübut etdikdən sonra cəmiyyətin hakimlərin yüksək maaş almasının zəruri olduğuna inanacağını vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər