11 İyun 2019 09:21
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin şərəfli səhifələrindəndir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

O bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası heç də asan olmayıb:

“Hansı sistemdə və rejimdə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqı daim müstəqilliyə can atıb. Dövlət müstəqilliyinin bərpası çox ağır şəraitdə olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, vətəndaş müharibəsi və ölkənin parçalanmaq təhlükəsi onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu təhlükələrin qarşısı alındı. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu öndər müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində zəruri addımlar atdı, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi”.

M.Qasımlı qeyd edib ki, 1993-cü ildən ötən 10 il ərzində həm daxili, həm də xarici siyasət tarazlaşdırıldı, dövlətimizin dünya siyasətində rolu artdı, Azərbaycan rəqabətədavamlı ölkə oldu:

“Azərbaycan xalqının sabaha ümidi yarandı, nikbinliyi artdı. 2003-cü ildən sonrakı illərdə isə ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər