18 İyun 2019 10:35
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları “sazişləri” ləğv etməsi müsbət hadisədir. Buna rəğmən eyforiyaya qapılmağa da ehtiyac yoxdur. Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks-zərbəyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildiib.

O qeyd edib ki, iyunun 17-də erməni separatçılarının “parlament sədri” Aşot Qulyan Xankəndidə “Arsax-Fransa dostluq qrupu”nun iclasını keçirib:

“Erməni separatçıları Fransa məhkəməsinin qərarına baxmayaraq, Fransadakı dostlarının onlardan imtina etməyəcəklərini bildiriblər. İstisna etmirəm ki, yaxın günlərdə Fransanın daha bir bələdiyyə başçısı Dağlıq Qarabağda peyda olsun. Maraqlıdır, bugünlərdə ABŞ-ın məşhur ermənipərəst konqresmeni Frank Pallone təklif edib ki, Amerika rəsmilərinin Dağlıq Qarabağa birbaşa səfərlərinə mane olan qadağa aradan qaldırılsın”.

E.Şahinoğlu qeyd edib ki, beləliklə, erməni separatçıları erməni lobbisi ilə birgə fəaliyyətlərinə ara vermirlər:
“Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ və Fransa kimi ölkələrdəki səfirliklərimizlə birgə qabaqlayıcı addımlar atmalı, çalışdıqları ölkələrin rəsmilərini və deputatlarını mümkün yanlışlıqlardan çəkindirməlidirlər. Bu arada, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən xəritələrlə mübarizə hələ də nəticə vermir. Xarici İşlər Nazirliyimiz araşdırsın ki, Rusiyada və digər ölkələrdə bu xəritələr necə hazırlanır və necə olur ki, bu xəritələr təyyarələrdə paylanan dərgilərdə peyda olur? Bir dəfə görmədik ki, Zəngəzuru və ya Göyçəni Azərbaycan ərazisi kimi göstərən xəritələr yayılsın. Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi?!”


Müəllif: Səxavət

Oxşar xəbərlər