Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martines Berroteronla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Venesuela KP MK-nın üzvü, Venesuela KP Beynəlxalq əlaqələr komitəsinin katibi Ramon Pomblas da iştirak edib.
Görüşdə Azərbaycan - Venesuela dövlətlərarası iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfir kənar təzyiqlərlə ölkəsinin qarşılaşdığı ağır iqtisadi və siyasi durum barədə AKP MK sədrinə verib, ABŞ-ın Venesuelanın daxili işlərinə qarşımasını pisləyib.
Rauf Qurbanov da Azərbaycanda aparılan islahatlar barədə səfiri məlumatlandırıb.
Görüşdə AKP MK sədrinin müavini, ASZİ MİK-nın sədri Aydın Şiriyev və Azərbaycan LKGİ MK-nın birinci katibi Orxan Muxtarov da iştirak edib.