19 İyun 2019 11:12
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanaqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

R.Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün gündəliyinə, həmçinin fövqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxildir.

Tədbir çərçivəsində R.Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Sıqınbayev ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər