21 İyun 2019 20:07
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər