24 İyun 2019 13:19
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bidzina İvanişvili 2020-ci il parlament seçkilərinin tamamilə proporsional sistem üzrə keçirilməsinə razılıq verdi. Keçid baryeri sıfır olacaq. İndiyədək ölkədə yarı proporsional, yarı majoritar sistem tətbiq olunurdu. Tam proporsional sistemə 2024-cü ildən etibarən keçilməsi nəzərdə tutulmuşdu.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, majoritar sistem inzibati və maddi resursları əlində saxlayan hakimiyyətin namizədləri üçün üstünlük yaradırdı və onlar mübarizəyə müxalifət qarşısında 1-0 öndə başlayırdılar.

“İndi isə bu, aradan qalxdı. Müxalifət toparlanarsa və ciddi yanlışlara yol verməzsə, gələn il Gürcüstanda seçki yolu ilə növbəti hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı az deyil”, – deyə situasiyanı şərh edən Ş.Cəfərli bildirib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” Partiyasının yaradıcısı Bidzina İvanişvili bu gün Tiflisdə keçirdiyi brifinqdə 2020-ci ildə ölkədə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçiriləcəyini bildirib. O qeyd edib ki, “Gürcü Arzusu” parlament seçkisini proporsional sistem üzrə və sıfır baryer əsasında keçirməyi qərara alıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər