24 İyun 2019 20:28
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Şurasında ikili standartlara son qoyulmalıdır".

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovqurumun yay sessiyası çərçivəsində AŞPA-nın hakimiyyət və səsverməyə dair qərarvermə prosesinin gücləndirilməsinə həsr edilmiş hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurasının tərkibində dəyişiklik edilməsi asan məsələ deyil: "Avropa Surasını qanuna dəyişiklik etməklə dəyişmək çox çətin məsələdir. Söhbət burada yalnız dəyərlərdən getmir. Hansı ki, bu gün biz bu dəyərlər ətrafında dərindən düşünməliyik. Yanaşmaya dəyişiklik etmək zəruridir. Mənim ölkəmin ərazisinin 20 faizi işğal altındadır. Biz işğalçı dövlət Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini təklif etmişdik. Amma buna müsbət cavab ala bilmədik. Belə olan halda məsələnin həlli üçün bir tədbir görülməsini istədik. Ancaq heç bir tədbir görülmədi. Bizə Ermənistanla danışıqlar aparıb problemi həll etməli olduğumuzu məsləhət gördülər. Əgər Avropa Şurasının gələcəyini fikirləşiriksə, bu cür münasibətə, ikili standartlara son qoymalıyıq".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər