26 İyun 2019 10:51
2 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusunun post-sovet məkanında birinci üçlükdə qərarlaşdığını isbat edə bilərəm”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspertin fikrincə, Azərbaycan ordusunun dünyanın ən güclüləri sırasında olması təsadüfi deyil:

“Bu gün Azərbaycan ordusunun yaranma günüdür. 101 il öncə cümhuriyyətimizin təməlini qoyan kişilər bu gün ordunun yaradılmasını elan etdilər. Maraqlı təsadüfdür, həm 1918-ci ildə, həm də 1991-ci ildə Azərbaycan ordusu döyüş meydanlarında, çətin geosiyasi və hərbi mühitdə yaranıb.

Beynəlxalq mərkəzlərin hesabatlarını kənara qoyaraq, özümdə olan informasiyalar əsasında bu gün Azərbaycan ordusunun post-sovet məkanında birinci üçlükdə qərarlaşdığını isbat edə bilərəm. Ordumuzun inkişafında, bu gün dünya miqyasında ön sıralarda dayanmasında minlərlə şəhidimizin qanı, zabitlətimizin əzab əziyyəti var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər