Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Parlamentarizmin inkişafı” adlı II Beynəlxalq forumda iştirak etmək üçün iyunun 30-da Moskvaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, tədbirdə “Beynəlxalq təhlükəsizlik: sülh və stabillik üçün parlamentarilərin dialoqu”, “Qanun yaradıcılığı və rəqəmsal gələcəyin hüquqi əsasları”, “Parlamentlərarası əməkdaşlıq: prinsiplər və istiqamətlər” mövzularında müzakirələr aparılacaq.
Forum çərçivəsində yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasında hüquqi tənzimləmənin əhəmiyyəti, mediada saxta xəbərlərə qarşı mübarizə yolları, ekoloji qanunvericilik, parlamentarizmin inkişafında gənclərin rolu, beynəlxalq humanitar hüquq və bu sahədə parlamentlərarası əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.
Deputatımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.