2 İyul 2019 15:43
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fikrimcə, Bakı silah ticarətində getdikcə daha çox diversifikasiya siyasətinə əl atacaq. 2016-cı ilin aprel döyüşləri ərəfəsində və sonra şimal istiqamətində silah alveri güclənsə də, sonrakı hadisələr göstərdi ki, ətraf rayonlarla bağlı məsələ vaxt aparmaqdan başqa bir şey deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, silah ticarəti həm də siyasi məsələdir: “Böhrana qədər bizə istədiyimiz silahları satmayanların, böhrandan sonra büdcələrini doldurmaq üçün alqı-satqıya başlaması onu göstərir ki, bazarın öz qanunları var.

Bakı həmişə öz prinsipial siyasəti ilə seçilib. Rəsmi Bakı qarşısında kimin olmasından asılı olmayaraq xarici dövlətlərdən bərabərhüquqlu siyasət tələb edir. Özümüzə görə sözümüzü möhkəm deməyi bacarırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər