3 İyul 2019 17:44
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yüksək məxfilik daşıyan AS-12 “Loşarik” sualtı qayığında baş vermiş müəmmalı yanğın hadisəsi ilə ABŞ-ın vitse-prezidenti Mayk Pencenin səfərlərini təxirə salaraq təcili Ağ evə qayıtması arasında bağlılıq var.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun fikrincə, ABŞ Prezidenti Donald Trampın Rusiya və şəxsən Putinlə bağlı mövqeyində qəfil dəyişiklik müəmma doğurdu: “İkincisi tərəfdən, ABŞ-ın davakar generalları Trampla razılaşmalı oldular. Amma hadisələrin gedişi bir qədər fərqlidir. Çünki Rusiya mediasında AS-12 “Loşarik” sualtı qayığında baş verən müəmmalı yanğını daha çox təxribat hadisəsi kimi təqdim edirlər.

Əgər bu, həqiqətən təxribatdırsa, deməli, Rusiyaya qarşı böyük bir aktdır. Çünki “Loşarik” demək olar ki, yeni nəsil sualtı qayıqlarından hesab olunur və onun sınaqdan keçirilməsi zamanı belə bir hadisə baş verib. Belə çıxır ki, Rusiya kəşfiyyat orqanları kifayət qədər yaxşı işləmir ki, təxribat sonda birbaşa Rusiyanın daxilində törədilir.

Bu diversiya müəyyən qədər Rusiyanı sarsıdacaq, eyni zamanda çox ciddi şəkildə də aqresvləşdirəcək. Bu səbəbdən hadisələrin gedişini proqnozlaşdırmaq bir qədər çətindir.

Bütün hallarda ABŞ və Rusiyada baş verən hadisələr arasında mən bir əlaqə görürəm. Qəfildən ABŞ mövqeyini dəyişir və Rusiyanın sualtı qayığında yanğın olur.

Putin Federasiya Şurasında gözlənilmədən Rusiyanın qeyri-adi silahları haqqında məlumat verdi, hətta onları ictimaiyyətə təqdim etdi. Məncə, o zaman Putinin bu addımları ABŞ-da şok yaratmışdı.

İndi qərbin kəşfiyyat qurumları hərəkətə keçərək “Rusiyada daha hansı silahlar var” sualına cavab axtarırlar. Peyklə idarə olunan, informasiya ötürən və qəbul edən bu kimi silahlar əslində qeyri-adi şeylərdir. Üstəlik, Rusiya KQB-si nüfuzunu 90 faiz bərpa edib. Əvvəl KQB birinci onluğa düşmürdüsə, indi ilk üçlükdə var. Bu mənada məlum gəmi yanğını həm də Rusiyaya bir xəbərdarlıqdır”.

Xatırladaq ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin yüksək məxfilik daşıyan AS-12 “Loşarik” sualtı qayığında yanğın baş verib, nəticədə 14 nəfər ölüb. Sualtı qayıq 6 kilometrə qədər dərinliyə enə bilir və əsasən suyun altında biometrlik ölçmələrin aparılması üçün nəzərdə tutulub. Qayıq atom mühərriki sayəsində suyun altında bir neçə ay qala bilir.


Müəllif: Cavad

Oxşar xəbərlər