3 İyul 2019 19:02
2 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatların ABŞ-ın vitse-prezidenti Mayk Pencenin Nyu Hampşire əyalətinə səfərinin son anda ləğv edilməsi və təcili Ağ evdə təhlükəsizlik toplantısına çağırılması mühüm bir hadisə ilə əlaqəli olub.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ-ın dövlət protokolunda bu kimi addımlar nəzərdə tutulur: “Ölkə daxilində və ya xaricində mühüm hadisələr olduqda ABŞ-ın Milli Təhlükəsizlik Şurası toplanır. Bu zaman şuranın üzvləri təcili iclasa dəvət edilir və onların səfər protokollarında dəyişikliklər olunur.

Bu mənada vitse-prezidentin başqa bir ştata nəzərdə tutduğu səfərin təxirə salınması və onun təcili Ağ evə qayıtması çox mühüm bir hadisə ilə əlaqəlidir. Ancaq konkret hansı hadisənin baş verdiyi haqda məlumat yoxdur”.

Asim Mollazadənin qənaətinə görə, ABŞ vitse-prezidentinin fövqəladə xəbərdarlıqla Ağ evə dəvət edilməsi Rusiyanın məxfi xarakterli sualtı qayığında baş verən yanğınla əlaqəsi yoxdur: “Bu, çox az ehtimaldır. Çünki bu yanğının ABŞ-la elə bir ciddi əlaqəsini düşünmürəm. Amma görünür daha ciddi hadisə baş verib, sadəcə biz bundan xəbərsizik”.

Deputat bu hadisənin İran və ya Suriya ətrafında baş verən problemlə əlaqəli ola biləcəyini istisna etməsə də, konkret informasiyaya malik deyil: “Mən bunu hansısa hadisə ilə əlaqələndirməyin tərəfdarı deyiləm. Çünki hər bir versiya yanlış ola bilər”.

Xatırladaq ki, dünən ABŞ vitse-prezidenti Mayk Pencenin Nyu Hampşire əyalətinə səfəri son anda ləğv edilib və onu təcili Ağ evə dəvət ediblər. Bununla paralel olaraq Rusiya Prezidenti Putinin bütün görüşləri təxirə salaraq müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər