“Bunu yaxşı anlamalısınız ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”.
Bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Rustavi 2” televiziya kanalına müsahibəsində bildirib.
O iddia edir ki, Rusiya Gürcüstan əraziələrini işğal etməyib: “Abxaziya və Cənubi Osetiya heç vaxt sizin əraziniz olmayacaq, Rusiya onların müstəqilliklərini dəstəkləyəcək. Tbilisidə Rusiya əleyhinə şüarlarla aksiya keçirənlərə deyin ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq. Bu, heç zaman baş verməyəcək”. /Report/