“Bu həftə Ermənistanda heç kim qalmayacaq, hamısı Amerikada olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistandan ABŞ-a ola səfərlər barədə danışıb:
“Xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 18-də Vaşinqtonda “Dini azadlıqlar” konfransında iştirak edəcək. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan isə artıq Amerikadadır. O, Vaşinqtonla yanaşı Nyu-York və Bostonda işgüzar görüşlər keçirəcək. Bu son deyil, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan da Amerikaya yola düşür. O da Nyu-Yorkda hansısa konfransda iştirak edəcək.
Bir sözlə, Ermənistanın Baş naziri Nikol Paşinyan Amerikaya əməlli-başlı siyasi desant göndərib. Paşinyan Amerikadan pul qopara bilməsə də, siyasi dəstəyə hələ də ümidlidir”.